4 rayonda qanunsuz ağac kəsimi aşkarlanıb, təbiətə 40 min manatdan çox ziyan dəyib
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Qəbələ, Şamaxı, Xaçmaz və Lerik rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə BAKU.WS-ə xidmətdən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Qəbələ rayonu Kiçik Əmili və Zalam kəndlərinin ərazisindən keçən su kanalının ətrafında, Şamaxı rayonu Mərzəndiyə, Xaçmaz rayonu Ağtala kəndləri ərazisində və Lerik rayonu Bobla kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 40 529 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Oxşar xəbərlər
Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib
Nazirlər Kabineti "Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası"nı təsdqilıəyib. BAKU.W...