"Trabzonspor"un qapıçısı Andre Onana ağır qəzaya düşərək xəstəxanaya yerləşdirilib
23
okt
2026
17:45
Kamerunlu qapıçı Andre Onana Türkiyədə yol-nəqliyyat hadisəsi keçirərək xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, "Daily Star"ın məlumatına görə, futbolçu ailəsi ilə birlikdə avtomobildə hərəkətdə olarkən nəqliyyat vasitəsi arxadan güclü zərbəyə məruz qalıb. Zərbədən sonra Onananın avtomobili daha bir maşına çırpılıb.
Hadisədən sonra xəstəxanaya aparılan futbolçunun vəziyyəti ilə bağlı açıqlama verilib.
"Trabzonspor" klubunun prezidenti Onananın həyatına təhlükə olmadığını bildirib.
Oxşar xəbərlər
Tennis və padel icması ilə növbəti görüş keçiriləcək
11 noyabr tarixində Azərbaycan Tennis və Padel Federasiyasının prezidenti, vitse-prezidentləri və federasiya nümayəndələrinin iştirakı ilə tennis və padel icmas...