Cəlilabadda 10 hektar ərazi yandı
23
okt
2026
22:36
Cəlilabad rayonunda ovçuluq təsərrüfatında baş verən yanğın söndürülüb.
BAKU.WS xəbər verir ki, yanğın Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında yerləşən Zəvvar ovçuluq təsərrüfatının ərazisində qeydə alınıb.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın nəticəsində təxminən 10 hektar sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Bakıda 18 saylı avtobusda qalmaqal: Sərnişinlər yıxıldı, sürücü isə kobudluq etdi
Bu gün səhər saatlarında Bakıda daha bir sərnişin avtobusunda insident baş verib. Sərnişinlərin BAKU.WS-in "qaynar xətti"nə ünvanladıqları şikayətə əsasən, səhə...