Məryəm Uzerli ilk dəfə Bakıya gəlir
Yeniliklərdən dərhal xəbərdar olun
Bütün dünyada "Muhteşem Yüzyıl" serialındakı "Hürrəm Sultan" rolu ilə məşhurlaşan türkiyəli aktrisa Məryəm Uzerli Azərbaycan paytaxtına ilk dəfə səfər edəcək.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, aktrisa baş rollardan birini canlandırdığı "İmrozda Bahar" filminin premyerası üçün ölkəmizə gələcək.
Filmin Bakıdakı premyerası noyabrın 4-nə planlaşdırılıb.
Rejissoru Özcan Alper olan "İmrozda Bahar" filmi, tarixi adı İmroz olan Türkiyənin Gökçeada bölgəsində cərəyan edən romantik dramdır.
Süjet xətti yaradıcılıq böhranı yaşayan yazıçı Arif (Halit Ergenç) ətrafında cərəyan edir, yazıçı ilhamını yenidən tapmaq ümidi ilə adaya yollanır. Orada o, üç il əvvəl həm həyat yoldaşını, həm də oğlunu itirmiş Sonya (Meryem Uzerli) ilə tanış olur. Onlar arasında tədricən yaranan bağ, hər ikisinə keçmişdəki ağrıları ilə üzləşməyə və həyata yenidən başlamaq ehtimalını nəzərdən keçirməyə kömək edir.
Oxşar xəbərlər
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində şəxsi kolleksiyalardan seçilmiş, 1950-ci illərdən bu günə qəd...