Məşhur serialların aktyoru küçələrdə yaşayır
Yeniliklərdən dərhal xəbərdar olun
Bir vaxtlar məşhur televiziya seriallarında rol alan azərbaycanlı aktyor Şahin Nəsirovun hazırda ağır həyat şəraiti ilə üzləşdiyi və küçələrdə yaşadığı bildirilir.
BAKU.WS-in məlumatına görə, bu barədə aktrisa Rada Nəsibova sosial şəbəkə hesabında paylaşım edib.
O, aktyorun indiki vəziyyətini əks etdirən video ilə rastlaşdığını bildirərək bundan təəssüfləndiyini qeyd edib.
Paylaşımda Şahin Nəsirovun əvvəllər seriallardan tanındığını, hazırda isə yoxsulluq səbəbindən küçə həyatı yaşadığı qeyd olunub.
Bildirək ki, 1968-ci il təvəllüdlü Şahin Nəsirov "Həyat sən nə qəribəsən" və "Hörümçək toru" kimi tanınmış seriallarda rol alıb.
Oxşar xəbərlər
Leysan yağacaq, bəzi dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti gözlənilən yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. BAKU.WS xəbər verir ki, Bakıda və Abşeron yarımadasında noyabrın...