Nəbi İsgəndərov Dünya Kubokunda yarımfinala yüksəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin boksçusu Nəbi İsgəndərov (70 kq) Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Boks Federasiyasından bildirilib.
Yarışın ikinci günündə mübarizəyə qoşulan idmançı 1/4 finalda Çexiya təmsilçisi Kelvin Sokessa ilə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçu yekunda 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanaraq özü üçün azı bürünc medalı təmin edib.
O, dekabrın 1-də final uğrunda özbəkistanlı Abdullah Madaminovla döyüşəcək.
Qeyd edək ki, bir gün öncə Məhəmməd Abdullayev (+90 kq) də yarımfinala adlayıb.
Oxşar xəbərlər
Taekvondoçularımız Avropa birinciliyində bürünc medal qazanıb
Rumıniyanın paytaxtı Buxarest şəhərində taekvondo üzrə yeniyetmələr arasında keçirilən Avropa birinciliyində Azərbaycanın 2 idmançısı bürünc medala sahib çıxıb....