Türkiyənin Gürcüstandakı səfiri XİN-ə çağırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Arı Gürcüstan Xarici İşlər Nazirliyinə dəvət olunub. Görüşdə iki ölkə arasında münasibətlərlə yanaşı, futbol matçında baş verən insident də müzakirə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 29-da keçirilən görüşdə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia Türkiyə ilə mövcud mehriban qonşuluq münasibətlərinin və strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
Tərəflər, həmçinin "Beşiktaş" və "Hapoel Beer-Şeva" futbol komandaları arasında keçirilən qarşılaşma zamanı yaşanan xoşagəlməz hadisə ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün sonunda Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın və mehriban qonşuluq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.
Oxşar xəbərlər
Ukraynaya məxsus gəmi vurulub
Rusiyaya məxsus dronlar Ukrayna ordusu üçün hərbi təchizat daşıyan gəmini vurub. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. "Rusi...