Manuel Noyer zədə səbəbindən "Bavariya"nın növbəti matçını buraxacaq

Manuel Noyer zədə səbəbindən Bavariyanın növbəti matçını buraxacaq
İdman 12

"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya çempionatının VI turunda "Leyptsiq"ə qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Sky Sport" nəşri məlumat yayıb.

Ayağındakı problemlərdən əziyyət çəkən 40 yaşlı qapıçının yoxluğunda Münhen təmsilçisinin qapısını Yonas Urbiq qoruyacaq.

Noyerin oktyabrın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Arsenal"a qarşı keçiriləcək oyuna qədər sıraya dönməsi gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər