Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı
17
okt
2026
09:42
Azərbaycanlı ağırlıqqaldıran Qasım İsmayılov Avropa birinciliyində üç medal qazanıb.
BAKU.WS xəbər verir ki, atletimiz Qasım İsmayılov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində uğurla çıxış edib.
Belə ki, 75 kq çəki dərəcəsində yarışan atlet birdən qaldırma hərəkətində 139 kq çəkinin öhdəsindən gələrək üçüncü olub.
Təmsilçimiz təkanla qaldırma növündə də bürünc medala yiyələnib. O, bu dəfə 175 kq nəticə göstərib. Beləliklə iki hərəkətin cəmində 314 kq nəticəyə imza atmış atletimiz Avropa birinciliyinin bürünc medalına yiyələnib.
Oxşar xəbərlər
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək. BAKU.WS xəbər verir ki, Bakı İdman Sarayında reallaşacaq beynəlxalq yarışda dünyanın 30-a...