Filipe Kandido: "İlk 10 dəqiqə ərzində "Araz-Naxçıvan"ın qarşısını necə alacağımızı düşünürdük"

Filipe Kandido: İlk 10 dəqiqə ərzində Araz-Naxçıvanın qarşısını necə alacağımızı düşünürdük
İdman 18

Misli Premyer Liqasının VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"la oyununun ilk 10 dəqiqəsində rəqibinin qarşısını almağı düşünüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Filipe Kandido sözügedən oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:

"Nəticəyə görə çox xoşbəxtəm. Futbolçular, azarkeşlərimiz bu qələbəyə layiq idi. Həmişə daha çox çalışmağın bəhrəsini verəcəyinə inanıram. Oyundan-oyuna artırmağımız gözləniləndir. Bəzən qələbədən sonra futbolçularda arxayınlıq yaranır. Ötən matçdan sonra futbolçulara bununla bağlı xəbərdarlıq etmişdim. Bugünkü görüşə yaxşı başlamadıq. Rəqib 4 orta xətt oyunçusu ilə meydana çıxmışdı. Bu, bizim üçün sürpriz oldu. İlk 10 dəqiqə rəqibin qarşısını necə alacağımızı düşünürdük. "Araz-Naxçıvan"ın fərdi bacarıqları olan futbolçuları var. Bəsit bir top itkisindən sonra rəqibə qol imkanı verdik. Fasilədə bəzi şeyləri dəyişdik. Komandamız daha yaxşı oynamağa başladı. Bəzi anlarda birəbir pressinq tətbiq etdik. Bir neçə qol imkanları əldə etdik və yekunda qələbə qazandıq".

Qeyd edək ki, "Sumqayıt" - "Araz-Naxçıvan" görüşü Sumqayıt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər