Günay Qurbanova dünya çempionatında gümüş medal qazandı
16
okt
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan güləşçisi Günay Qurbanova U-23 dünya çempionatında gümüş medal qazanıb.
BAKU.WS xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan güləşçi finalda ukraynalı Alina Filipoviçə sonuncu xal prinsipinə (4:4) əsasən məğlub olub.
Beləliklə, G.Qurbanova mundialı ikinci pillədə başa vurub.
Daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşçi təmsil edir.
Oxşar xəbərlər
Argentinada 18 yaşlı futbolçu başından aldığı zərbədən sonra vəfat etdi
Argentinada futbol matçı zamanı başından top zərbəsi alan 18 yaşlı futbolçu xəstəxanada dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, Abel Nunes üç gün əvvəl "Esey...