Birbank Invest vasitəsilə "EmbaFinans" BOKT istiqrazlarına investisiya etmək imkanı
14-27 oktyabr 2026-cı il tarixlərində Birbank Invest tətbiqi üzərindən "EmbaFinans" BOKT QSC-nin istiqrazlarına abunə yazılışı keçirilir.
İstiqrazların illik faiz dərəcəsi 13%, nominal dəyəri 10 AZN, tədavül müddəti isə 12 aydır. Faiz ödənişləri rüblük həyata keçiriləcək. İstiqrazlar sənədsiz, adlı, faizli və təmin edilməmiş formada buraxılır.
Abunə yazılışı müddətində istifadəçilər Birbank Invest tətbiqi vasitəsilə "EmbaFinans" BOKT QSC-nin istiqrazlarını əldə etmək üçün müraciət edə bilərlər.
Qeyd edək ki, Birbank Invest Kapital Bank-ın əmtəə nişanıdır. Tətbiq həm investisiya sahəsində ilk addımlarını atan, həm də təcrübəli investorlar üçün yerli və qlobal maliyyə bazarlarına rahat, sürətli və təhlükəsiz çıxış imkanı yaradır. Xidmət "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC ilə birgə təqdim olunur.
Oxşar xəbərlər
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya Balakən rayonunda keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasi...