ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub

ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
Foto
İdman 53

Azərbaycan Tennis və Padel Federasiyası (ATPF) İspaniyanın Madrid şəhərində keçirilən Beynəlxalq Padel Federasiyasının (FIP) 36-cı Baş Assambleyasında iştirak edib. Tədbirdə ATPF-ni federasiyanın mətbuat katibi Fərid Sabirli təmsil edib.

BAKU.WS xəbər verir ki, Baş Assambleyada padelin dünyada inkişafı, 2026-cı il üzrə hesabat və gələcək strateji istiqamətlər müzakirə olunub. Üzv federasiyalar padelin gələcəyinin formalaşdırılması naminə birliklərini və ortaq öhdəliklərini bir daha təsdiqləyiblər.

FIP-in 35 illik yubileyi münasibətilə qurucu federasiyaların nümayəndələri tərəfindən simvolik təsis sənədi imzalanıb. Daha 15 milli federasiyanın üzvlüyə qəbulu ilə FIP-in üzvlərinin sayı 115-ə çatıb.

Tədbirdə "World Padel Report 2026" hesabatının ilkin təqdimatı keçirilib, "FIP World League" və "Para Padel" adlı yeni strateji təşəbbüslər elan olunub.

İspaniya Olimpiya Komitəsinin prezidenti Alejandro Blanco padelin Olimpiya perspektivini vurğulayaraq bildirib:

"Olimpiya hərəkatının gələcəyini padelsiz təsəvvür edə bilmirəm".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər