Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır. Bununla bağlı bildirilir ki, sözügedən məktub saxtadır.
BAKU.WS xəbər verir ki, bu, Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlamasında yer alıb.
"Səhiyyə Nazirliyi tərəfindən belə bir sənəd qəbul edilməyib və tibb müəssisələrinə bu məzmunda göstəriş verilməyib. Saxta sənədin həqiqi rəsmi yazışma kimi təqdim olunması ictimaiyyəti çaşdıran dezinformasiyadır.
Media və Yayım Şurası media subyektlərini və sosial media istifadəçilərini məlumatların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa, saxta sənədi həqiqi sənəd kimi paylaşmamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır", - birgə açıqlamada qeyd olunub.
Oxşar xəbərlər
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür
Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. BAKU.WS xatırladır ki, həmin ilin oktyabrın 1-də Ulu Öndər Hey...