Qatlanan iPhone modelinin təmir qiyməti dodaq UÇUQLATDI
Apple şirkətinin ilk qatlanan smartfonu iPhone Duo-nun təmir qiymətləri açıqlanıb. Cihazın bəzi zədələrinin aradan qaldırılması 1499 dollara qədər başa gələ bilər.
BAKU.WS xəbər verir ki, qoruyucu təbəqənin zədələnməsinin aradan qaldırılması 49 dollar, xarici ekranın təmiri 379 dollar, daxili ekranın təmiri isə 999 dollar təşkil edir. Digər zədələrin aradan qaldırılması üçün qiymət 1499 dollar müəyyənləşdirilib.
Bu məbləğ Apple smartfonlarının rəsmi servisində təmir üçün rekord göstərici ola bilər. Müqayisə üçün qeyd edək ki, iPhone 18 Pro Max modelinin təmiri 899 dollara, iPhone Air modelinin təmiri isə 799 dollara qədər başa gəlir.
Qeyd edək ki, iPhone Duo iki ekrana malikdir.
Oxşar xəbərlər
Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"
Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmətdə olan və Ermənistan ərazisində saxlanılan əsgəri Nəsimi Musayevin atası Rasim Musayev açıqlama verib. BAKU.WS...