Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb.
BAKU.WS ""Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb.
Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib.
Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edir ki, azyaşlı övladı oktyabrın 9-da saat 17 radələrində "Laləli" körpələr evi-uşaq bağçasında tərbiyəçinin diqqətsizliyi və nəzarətsizliyi səbəbindən sürüşkəndən yıxılaraq xəsarət alıb. Valideynin sözlərinə görə, hadisə nəticəsində uşağın sol qolu iki yerdən sınıb. O, övladına ilkin tibbi yardım göstərilmədiyini, təcili tibbi yardıma müraciət olunmadığını və hadisə barədə ailəsinə məlumat verilmədiyini iddia edir.
Bağçadan isə bildirilib ki, hadisə baş verən kimi valideynə məlumat verilib. Uşağın atası uzaqda olduğunu və övladını bibisinin götürəcəyini deyib.
Azyaşlının atası məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Qarşılıqlı iddialara hüquqi qiymət verilməsi və hadisənin təfərrüatının müəyyənləşdirilməsi aidiyyəti qurumların araşdırmasından sonra mümkün olacaq.
Oxşar xəbərlər
Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan geri qəbul edilib. Bu barədə BAKU.WS-ə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Məlumatda qeyd olunub ki, Dö...