Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm
Siyasət 2

Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Toplantısı çərçivəsində çox böyük işlər görüb, töhfələr verib. Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm.

BAKU.WS xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

Qırğızıstan Prezidenti qeyd edib ki, daha güclü AQEM-in formalaşması üçün Asiyada rəqəmsallaşmanın gücləndirilməsi ölkələrimizin qarşısında duran əsas tapşırıqlardan biridir. Asiya qitəsi dinamik iştirak edir. 2026-cı ildə BMT hesabatlarına görə 59 faiz dünya iqtisadi inkişafı Asiyanın payına düşəcək. Təbii ki, yeni çağırışlar, beynəlxalq münaqişələr var, beynəlxalq və nəqliyyat marşrutları dəyişir, texnoloji transformasiya sürətlənir və ekologiya və iqlim riskləri artmaqdadır. Belə bir vəziyyətdə Qırğız Respublikası AQEM-i açıq dialoq üçün önəmli platformadan biri kimi görür.

Son xəbərlər