Təlim toplanışında hərbi vəzifəlilərə nə öyrədildi?
Cari ilin hazırlıq planına əsasən Xüsusi Təyinatlı Qüvvələrin N saylı hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Toplanış zamanı hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, ixtisas hazırlığına uyğun məşğələlər təşkil olunub.
Şəxsi heyətə atıcı silahların taktiki-texniki xüsusiyyətləri və təhlükəsizlik qaydaları çatdırılıb, həmçinin xəritə üzərində fəaliyyətlər nəzəri və praktiki olaraq yerinə yetirilib.
Təlim zamanı iştirakçılara ordumuzun arsenalında olan müxtəlif silah və texnika, rabitə vasitələrindən istifadə, həmçinin ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib.
Sonra plana uyğun olaraq hərbi vəzifəlilər atıcı silahlardan praktiki atış çalışmalarını yerinə yetiriblər.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. BAKU.WS xəbər v...