İstanbulda güclü yağışlar səbəbindən 46 təyyarə başqa hava limanlarına yönləndirildi

İstanbulda güclü yağışlar səbəbindən 46 təyyarə başqa hava limanlarına yönləndirildi
Dünya 40

Türkiyənin İstanbul şəhərində müşahidə olunan güclü leysan yağışları hava nəqliyyatında problemlərə səbəb olub. İstanbul istiqamətində uçan 46 təyyarə eniş edə bilmədiyi üçün başqa hava limanlarına yönləndirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, İstanbulun Yeni Hava Limanında 43 təyyarənin enişi mümkün olmayıb. Daha üç təyyarə isə Sabiha Gökçen hava limanına enə bilməyib.

Təyyarələr Ankara, İzmir, Balıkəsir, Çanaqqala və Antalya şəhərlərindəki hava limanlarına yönləndirilib. Buna səbəb İstanbulda yağan güclü leysan olub.

Flightradar məlumatlarına əsasən, oktyabrın 15-nə olan vəziyyətə görə, İstanbul hava limanlarında ciddi gecikmələr qeydə alınmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər