Nəvai Qazaxıstanda iki aylıq həbs edilib
Azərbaycanəsilli rusiyalı repçi Navai Bəkirov Qazaxıstanda narkotik vasitələrin qaçaqmalçılığında şübhəli bilinərək iki ay müddətinə həbs edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Qazaxıstanın Cambul vilayətinin Korday rayon məhkəməsinin qərar qəbul etdiyi bildirilir.
Məlumata görə, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclası bu gün səhər saatlarında keçirilib. Məhkəmə istintaq tərəfinin vəsatətini təmin edərək Bəkirovun ilkin istintaq müddətində iki ay həbsdə saxlanılmasına qərar verib.
Xatırladaq ki, hadisə Qazaxıstanın "Korday" nəzarət-buraxılış məntəqəsində baş verib. Avtomobilə baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları qadağan olunmuş maddələr aşkar ediblər.
Bildirilir ki, yoxlama zamanı "Mercedes" markalı avtomobili Navai özü idarə edib. Bu səbəbdən sənətçinin narkotik sərxoşluğu vəziyyətində avtomobil idarə etməsi ilə bağlı əlavə məsuliyyətə cəlb olunması da gündəmdədir.
Navai ilə bağlı hadisə onun konsert proqramına da təsir edib. Məlumata əsasən, sənətçinin yaxın günlərdəki çıxışı ləğv edilib, Kişinyovda oktyabrın 16-na planlaşdırılan konsert isə dekabrın 9-na keçirilib.
Oxşar xəbərlər
İstanbuldakı leysandan sonra MƏNZƏRƏ - 50-dən çox avtomobil tərsinə çevrildi
İstanbulda dünən günorta saatlarından başlayan aramsız və şiddətli leysan yağışları həyatı iflic edib. Şəhərin bir çox hissəsində küçə və prospektlər gölməçəyə...