Göygöldə minik maşını ağaca çırpılıb, xəsarət alan var
29
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sürücü 1993-cü il təvəllüdlü E.Bayramov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var
Samuxda yol nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Kür yolunda qeydə alınıb. Hərəktədə olan "Fiat Doblo" və "VAZ 21099" m...