Ermənistana qarşı sanksiyaların vacibliyi: "Haber Global" Azərbaycan liderindən sitat gətirdi

Ermənistana qarşı sanksiyaların vacibliyi: Haber Global Azərbaycan liderindən sitat gətirdi
Video
Siyasət 33

Türkiyənin "Haber Global" telekanalı Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə görüşü ilə bağlı süjet yayımlayıb.

BAKU.WS xəbər verir ki, süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdəki çıxışından sitatlar yer alıb.

"Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı", - deyə materialda Azərbaycan liderindən sitat gətirilib.

Son xəbərlər