Cütlüklərin subaylardan daha xoşbəxt olmasının SƏBƏBİ TAPILDI

Cütlüklərin subaylardan daha xoşbəxt olmasının SƏBƏBİ TAPILDI
Digər 57

Alimlər müəyyən ediblər ki, cütlüklərlə subay insanlar arasındakı xoşbəxtlik fərqi yaşadıqları bölgədən asılıdır. Romantik münasibətlərin daha geniş yayıldığı ərazilərdə cütlüklər həyatlarından daha çox məmnun olurlar

BAKU.WS xəbər verir ki, Almaniyanın Bamberg Universitetinin alimləri və onların həmkarları bu nəticəyə Böyük Britaniyanın 379 bölgəsində yaşayan 382 078 yetkin şəxsin məlumatlarını təhlil etdikdən sonra gəliblər. Araşdırmanın nəticələri "Psychological Science" jurnalında dərc olunub.

Tədqiqatın nəticələrinə görə, münasibətdə olan insanlar həyatlarından məmnunluq səviyyəsinə görə subayları orta hesabla üstələyirlər. Lakin bu fərq romantik münasibətlərin daha çox yayıldığı bölgələrdə daha böyükdür.

Məlum olub ki, cütlüklərin daha çox olduğu ərazilərdə münasibətdə olan şəxslər özlərini daha xoşbəxt hiss edirlər.

Araşdırmanın rəhbəri Tita Qonsales Aviles bildirib ki, yaşanılan bölgənin sosial mühiti insanların həyat məmnunluğuna təsir göstərir. Bununla belə, ətraf mühit cütlüklərlə subaylar arasındakı fərqi tam izah etmir.

Alimlər vurğulayıblar ki, araşdırma iki göstərici arasında əlaqəni ortaya qoyur, lakin səbəb-nəticə əlaqəsini sübut etmir. Məlumatların 15 ildən çox əvvəl və yalnız Böyük Britaniyada toplanması da tədqiqatın məhdudiyyətləri sırasındadır.

Tədqiqat müəlliflərinin fikrincə, münasibətdə olmaq insanın rifahına təsir edən amillərdən yalnız biridir. Sosial mühit isə cütlüklərlə subaylar arasındakı xoşbəxtlik fərqini həm artıra, həm də azalda bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər