52 yaşında üçüncü dəfə ana olacaq
Aktrisa və prodüser Hilari Svonk 52 yaşında üçüncü dəfə ana olacaq.
BAKU.WS xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında bildirib.
52 yaşlı aktrisanın böyük övladları əkizdir. Onlardan biri oğlan, o biri isə qızdır. Onlar 2023-cü ilin aprel ayında dünyaya gəliblər.
O zaman Svankın 48 yaşı var idi və o, bunu tam bir möcüzə adlandırmışdı.
Aktrisa, əkizlərə hamilə olduğunu 2022-ci ilin oktyabr ayında "Good Morning America" verilişində elan etmişdi. Aktrisa buna inana bilmədiyini demişdi.
Xatırladaq ki, Hilari Svonkun analıq yolu düşünülmüş formada olub. O 37 yaşında yumurtalarını dondurub.
"Xoşbəxtlikdən, bu fürsət mənim əlimdə idi", - deyə o, bildirib.
Oxşar xəbərlər
Bu geyiminə görə 62 yaşlı Bred Pitti tənqid etdilər
Məşhur aktyor Bred Pittin sevgilisi İnes de Ramonla görüşü zamanı geyindiyi libası müzakirələrə səbəb olub. BAKU.WS xəbər verir ki, bu barədə "The Daily Mail"...