"Kızılcık Şerbeti"ni tərk edən aktrisa yenidən qayıdır
Türkiyənin reytinqli seriallarından olan "Kızılcık Şerbeti"ndə daha bir yenilik yaşanacaq.
BAKU.WS xəbər verir ki, "Gold Film" imzalı layihədə "Nursema" obrazına həyat verən aktrisa Ceren Karakoç geri qayıdır.
Onun ekran işinin 5-ci mövsümünün ilk bölümündə məzar daşı görünmüşdü.
İndi isə hamını "Nursema" obrazının senaridə yenidən necə yer alacağı düşündürür.
Xatırladaq ki, "Kızılcık Şerbeti" artıq bir neçə mövsümdür ki, ekranlarda yayımlanır. Ekran işi ilk yayımlandığı vaxtlrdan bəzi senzuralara məruz qalsa da çəkilişlər davam etdirildi. Hazırda reytinqli layihələr arasında yer alır.
Oxşar xəbərlər
Məşhur aktrisa təyyarədə stüardessanın birinə yumruq vurdu, digərini isə dişlədi
Məşhur aktrisa Selma Blair təyyarədə insidentə səbəb olub. BAKU.WS xəbər verir ki, o Los Ancelesdən Nyu Yorka uçan sərnişin təyyarəsində gərgin anlar yaşayıb. ...