Küsülü olduğu bacısından danışan Hadise kövrəldi
Müğənni Hadise səmimi müsahibəsi ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, bacısı Hülya Açıkgöz ilə uzun müddətdir küsülü olan sənətçi ondan danışarkən kövrəlib.
"Danışmırıq amma onu sevirəm. Ümid edirəm xoşbəxtdir" -deyə o bildirib.
Hadise 2019-cu ildə mencerliyini edən bacısını haqsız qazanc əldə etməkdə ittiham edib.
Buna cavab olaraq isə Hülya "Əgər danışsam, çörəklərini itirəcəklər, Türkiyəyə ayaq basa bilməyəcəklər. Vergilərdən oğurlayan hər kəsdən oğurlayır. Kitab yaza bilərdim, amma susacağam"- deyə Hadisəni ittiham edib.
Qeyd edək ki, Hülya Açıkgöz bir zamanlar Hadisenin menecerliyini edib.
Oxşar xəbərlər
Alpay 91 yaşında vəfat etdi
Türk pop musiqisinin əfsanəvi adlarından olan Alpay vəfat edib. BAKU.WS xəbər verir ki, "Fabrika Kızı" və "Eylül'de Gel" kimi mahnıları ilə sevilən sənətçi 91 y...