Bu geyiminə görə 62 yaşlı Bred Pitti tənqid etdilər

Bu geyiminə görə 62 yaşlı Bred Pitti tənqid etdilər
Şou-biznes 43

Məşhur aktyor Bred Pittin sevgilisi İnes de Ramonla görüşü zamanı geyindiyi libası müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, bu barədə "The Daily Mail" məlumat yayıb.

Qeyd edilib ki, 62 yaşlı sənətçi və 33 yaşlı sevgilisi ilə Parisdə Ceyms Bleykin konsertində iştirak edib.

Bu zaman paparazzilər onu ağ zolaqlı köynək, cins gödəkçə, qırmızı şalvar və retro aviator günəş eynəyində görüntüləyiblər.

Sosial şəbəkələrdə yayılan fotolar müzakirələrə səbəb olub və istifadəçilər müxtəlif şərhlər yazıblar.

Onların böyük əksrəiyyəti Pittin görünüşünü tənqid edərək onu zövqsüz adlandırıblar.

Onlar "Kişilər təlxək və ya dəbdəbəli qız kimi görünmədən geyinə bilmirlər", "Mən Bredi sevirəm, amma o eynəkləri yox...", "O, yaxşı görünmür, rənglərin bir-biri ilə əlaqəsi yoxdur", "Onu geyindirən stilisti işdən çıxarılmalıdır" kimi şərhlər yazıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər