"Neftçi"nin baş məşqçisi Konstantinos Vasiliadis: "Azərbaycanlı basketbolçularda istedad var"

Neftçinin baş məşqçisi Konstantinos Vasiliadis: Azərbaycanlı basketbolçularda istedad var
İdman 24

Azərbaycanlı basketbolçularda istedad var və oynamağa böyük həvəs göstərirlər.

BAKU.WS xəbər verir ki, bunu "Neftçi" basketbol klubunun baş məşqçisi Konstantinos Vasiliadis "ağ-qaralar"ın mətbuat xidmətinə açıqlamasında bildirib.

O, FIBA Avropa Kubokunun qrup mərhələsində VEF (Latviya) kollektivinə qarşı keçirdikləri qarşılaşmanı şərh edib:

"Bu gün bəzi oyunçularımız hazır deyildi. Bu səbəbdən əsas heyət üzvlərinə dincəlmək üçün şans verə bilmədik. Təbii ki, mövcud vəziyyətdə basketbolçularımız oyun boyu yüksək sürəti qoruyub saxlamaqda çətinlik çəkdilər. Ötürmələrdə və atışlarda sadə səhvlərə yol verdik. Belə qarşılaşmalarda düzgün qərar vermək üçün tələsməmək lazımdır. Müsbət məqam odur ki, bu sürətlə oynaya biləcəyimizi nümayiş etdirdik. Bildirmək istəyirəm ki, azərbaycanlı basketbolçularda istedad var və oynamağa böyük həvəs göstərirlər. Lakin daha çox çalışmalıdırlar".

Qeyd edək ki, "Neftçi" - VEF oyunu rəqib komandanın 110:94 hesesablı qələbəsi ilə bitib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər