Rəsmi Bakı Sultan Hacıyevi AQEM-in Baş katibi təyin olunması münasibətilə təbrik edib
16
okt
2026
09:57
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sultan Hacıyevi 2026–2030-cu illər üzrə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeni Baş katibi təyin olunması münasibətilə təbrik edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Ona bu mühüm vəzifəsində uğurlar arzulayır, Asiyada dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsinə, eləcə də CICA-nın məqsədlərinin həyata keçirilməsinə töhfə verməsini diləyirik", - deyə paylaşımda qeyd edilib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)
Sultan Hacıyev
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM)
Oxşar xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb. BAKU.WS xəbər verir ki, sənədin mətnini jurnalist Seyfədd...