İlon Mask uçan avtomobilini təqdim etdi
İlon Maskın rəhbəri olduğu "Tesla" şirkəti özünün elektrikli idman avtomobili olan "Roadster"i təqdim edib. Nümayiş zamanı avtomobil bir maneənin üzərindən uçaraq keçib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, təqdimatın görüntüləri "X" sosial şəbəkəsində paylaşılıb.
Avtomobil Texasdakı "SpaceX" sınaq poliqonunda nümayiş etdirilib. "Roadster" sıxılmış qaz püskürən reaktiv mühərrik sistemi ilə təchiz olunub. Bu sistem avtomobilin havada olarkən istiqamətinin idarə edilməsinə imkan verir.
Təqdimat zamanı izləyicilərə avtomobilin sınaq görüntüləri göstərilib. Həmin görüntülərdə avtomobilin yerdən qalxdığı və öz oxu ətrafında fırlandığı əks olunub.
Bundan əlavə, "Roadster" 0-dan 100 km/saat sürətə 0.81 saniyəyə çatmaq qabiliyyətini nümayiş etdirib.
Avtomobilin kütləvi istehsalına 2028-ci ildə başlanması planlaşdırılır.
Oxşar xəbərlər
Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər
Kreatin əlavəsi bağırsaq iltihabının beyində yaratdığı zədələnmələri azaltmağa kömək edə bilər. Siçanlar üzərində aparılan araşdırmada bu maddənin yaddaş və öyr...