UFC-dən gözlənilməz qərar: Məğlubiyyətsiz döyüşçü niyə qovulub?

UFC-dən gözlənilməz qərar: Məğlubiyyətsiz döyüşçü niyə qovulub?
İdman 40

UFC prezidenti Dana Uayt təşkilatdan uzaqlaşdırılan, peşəkar karyerasında məğlubiyyət yaşamayan britaniyalı döyüşçü Fərid Başaratın qovulmasının səbəbini açıqlayıb.

BAKU.WS xəbər verir ki, Uaytın sözlərinə görə, döyüşçünün davranışı UFC rəhbərliyində və qarşılaşmaların təşkilinə cavabdeh olan şəxslərdə narazılıq yaradıb.

"UFC-də döyüşmək özünü bütün dünyaya göstərmək fürsətidir. O isə hər şeyi yanlış edən və insanları məyus edən biri oldu. Qarşılaşmaların təşkilinə cavabdeh olan əməkdaşlarımız Başaratdan narazı qaldılar", - deyə Dana Uayt bildirib.

Qeyd edək ki, Fərid Başarat iyul ayında Las-Veqasda keçirilən UFC 329 turnirində amerikalı Con Qarzaya hakimlərin qərarı ilə qalib gəlib. Lakin bu qarşılaşmadan sonra ona yeni müqavilə təklif edilməyib. Döyüşçü sosial şəbəkə hesablarında UFC-nin qərarını ədalətsiz hesab etdiyini bildirib. O, həmçinin özünü dünyanın ən yaxşı yüngül çəki dərəcəli döyüşçüsü hesab etdiyini vurğulayıb.

Başarat 2023-cü ildən UFC-də çıxış edirdi. Təşkilat daxilində keçirdiyi yeddi döyüşün hamısında qələbə qazanan idmançı bunlardan altısını hakimlərin qərarı ilə başa vurub.

Britaniyalı döyüşçü UFC-dən 17 qələbə və sıfır məğlubiyyət göstəricisi ilə ayrılıb. O, çəki dərəcəsində ən uzun aktiv qələbə seriyasına malik idmançılardan biri olub.

UFC
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər