Makron: Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Makron: Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək
Dünya 10

Fransa bu ilin iyul ayında keçirilən danışıqlar zamanı Kiyev rejiminə vəd edilmiş raketlərin tədarükünü sürətləndirmək niyyətindədir. Həmçinin Ukrayna ərazisində Fransa silahlarının istehsalı üçün lisenziyaların verilməsinin sürətləndirilməsi imkanları müzakirə olunacaq.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

"Fransa tərəfindən bu ilin iyul ayında Ukrayna ilə razılaşdırılmış məsələlərin həyata keçirilməsinin sürətləndirilməsi də müzakirə olundu", – deyə o bildirib.

E. Makron əlavə edib ki, Paris növbəti raket partiyasının və hərbi avadanlıqların tədarükünü, eləcə də pilotsuz uçuş aparatları və raket hücumundan müdafiə sahəsində aparılan bütün işləri artıq sürətləndirib.

"Yaxın günlərdə lisenziyalaşdırma prosedurunun sürətləndirilməsi və bəzi silah sistemlərimizin Ukrayna ərazisində üçüncü tərəflər tərəfindən daha tez istehsalına icazələrin alınması, həmçinin yeni layihələr üzərində birgə işləməyə hazırlıq məsələlərinə həsr olunmuş görüşlər də keçiriləcək", – deyə o bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tramp Krımdan danışdı

Tramp Krımdan danışdı

ABŞ Prezidenti Donald Tramp Krımı Ukraynanın keçmiş ərazisinin ən dəyərli hissəsi və dünyanın ən gözəl torpaq sahələrindən biri kimi xarakterizə edib. BAKU.WS x...

44 Dünya 23:03 16 oktyabr 2026

Son xəbərlər