Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər

Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər
Dünya 19

Kreatin əlavəsi bağırsaq iltihabının beyində yaratdığı zədələnmələri azaltmağa kömək edə bilər. Siçanlar üzərində aparılan araşdırmada bu maddənin yaddaş və öyrənmədə mühüm rol oynayan beyin bölgəsinə müsbət təsiri müəyyən edilib.

BAKU.WS xəbər verir ki, İspaniyanın Sevilya Universitetinin alimlərinin araşdırması "Brain, Behavior, and Immunity" jurnalında dərc olunub.

Tədqiqat zamanı kreatin qəbul edən bağırsaq iltihablı siçanlarda hipokampusun kreatin səviyyəsinin bərpa olunduğu, iltihabın və sinir hüceyrələrinin zədələnməsinin azaldığı müşahidə edilib. Təsirin erkək siçanlarda daha nəzərəçarpan olduğu bildirilib.

Alimlər qeyd edirlər ki, bağırsaq iltihabı bəzi hallarda yaddaş, diqqət və düşünmə qabiliyyətinə də təsir göstərə bilər. Kreatin orqanizmdə enerji balansının qorunmasında rol oynayır və qan-beyin baryerini keçərək sinir hüceyrələrinə çata bilir.

Bununla belə, araşdırma yalnız heyvanlar üzərində aparılıb. Kreatinin insanlarda beyin sağlamlığına təsirini müəyyənləşdirmək üçün əlavə klinik tədqiqatlara ehtiyac var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər