İstanbulda seldə ölənlərin sayı 3-ə çatdı

İstanbulda seldə ölənlərin sayı 3-ə çatdı
Dünya 68

İstanbulda seldə ölənlərin sayı 3-ə çatıb.

BAKU.WS xəbər verir ki, çay kənarında kişi meyiti tapılıb. Hadisə Kağıthane rayonunda, Sadabad parkı yaxınlığında qeydə alınıb.

Mərhum çay axını zamanı körpüyə ilişərək orada qalıb.

Yoldan keçən vətəndaşlar bu barədə dərhal hüquq-mühafizə orqanlarına xəbər verib.

Hadisə yerinə gələn polis və xilasedici qüvvələr meyitə ilkin baxış keçiriblər.

Təxminən 40-lı yaşlarında olduğu bildirilən şəxsin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Meyitin şəhərdə baş verən şiddətli sel sularının axıntısı ilə buraya gəlib çıxdığı bildirilib.

İstanbul Valiliyindən verilən rəsmi açıqlamaya görə, tapılan bu cəsədlə birlikdə təbiət hadisəsi nəticəsində həyatını itirənlərin sayı 3 nəfərə çatıb.

Həmçinin fəlakətdən sonra daha 4 nəfərin itkin düşdüyü və onların axtarış-xilasetmə tədbirlərinin aralıqsız davam etdirildiyi bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər