Döş xərçənginin ilk əlamətləri açıqlanıb
Döşün formasında, ölçüsündə və toxumasında baş verən dəyişikliklər xərçəngin ilkin əlamətləri ola bilər. Xüsusilə döşdə düyünlərin yaranması, toxumaların bərkiməsi və məmə ucundan ifrazatın gəlməsi diqqətdən kənarda qalmamalıdır.
BAKU.WS xəbər verir ki, bunu Moskvanın baş onkoloqu İqor Xatkov bildirib.
Həkimin sözlərinə görə, döşdə yaranan düyünlər və bərkimələr bəzən ağrı və xarici görünüşdə dəyişikliklərlə müşayiət olunur. Bu əlamətlər aşkarlandıqda müayinədən keçmək vacibdir.
Xatkov qeyd edib ki, məmə ucundan ifrazatın gəlməsi həm xoşxassəli törəmələrlə, həm də bədxassəli proseslərlə əlaqəli ola bilər. Xüsusilə uzun müddət davam edən və ya artan ifrazat hərtərəfli tibbi müayinə tələb edir.
Onkoloq vurğulayıb ki, bu əlamətlərin olması mütləq xərçəng demək deyil. Lakin hər hansı dəyişiklik müşahidə edildikdə həkimə müraciət etmək lazımdır.
Oxşar xəbərlər
Bitki yağları dizel mühərriklərinin yanacaq sərfiyyatını artırır - ARAŞDIRMA
Bitki yağlarından dizel yanacağının tərkibində istifadə edilməsi bəzi zərərli tullantıların azalmasına imkan versə də, yanacaq sərfiyyatının artmasına və digər...