Bakı tarixində ilk: Sumo üzrə dünya çempionatı start götürür
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı İdman Sarayında reallaşacaq beynəlxalq yarışda dünyanın 30-a yaxın ölkəsindən müxtəlif yaş qruplarını təmsil edən idmançılar medallar uğrunda mübarizə aparacaqlar.
Yarışlar ənənəvi yapon sumosunun ruhunu yaşadan, xüsusi hazırlanmış torpaq "dohyo" meydanında keçiriləcək.
Oktyabrın 17-də 18 yaşadək qızlar və oğlanlar arasında fərdi və komanda yarışları, oktyabrın 18-də isə kişilər və qadınlar arasında fərdi və komanda yarışları təşkil olunacaq..
Turnirdə ənənəvi peşəkar yapon sumosu deyil, beynəlxalq həvəskar sumo qaydaları əsas götürüləcək. Bu sistemdə rəqiblər çəki dərəcələrinə uyğun qarşılaşır, qadın idmançılar üçün də ayrıca yarışlar keçirilir.
Qeyd edək ki, Azərbaycanın sumo üzrə beynəlxalq arenada iştirakı 2007-ci ildən başlayır. Bakıdakı mundial oktaybrın 17-dən 18-dək davam edəcək.
Oxşar xəbərlər
Adil Kazımlı Olimpiya Oyunlarında gümüş medal qazandı
Azərbaycan taekvondoçusu Adil Kazımlı (73 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərb...