Moskva hava limanlarında 370-dən çox uçuş təxirə salındı
Moskva hava limanlarında 370-dən çox uçuş təxirə salınıb və ləğv edilib.
BAKU.WS xəbər verir ki, bu dron hücumları təhlükəsinə görə tətbiq edilən gecə uçuş məhdudiyyətləri səbəbindən baş verib.
Bəzi təyyarələr alternativ aerodromlara yönləndirilib.
Hava məkanı gecə yarısından səhər saat yeddiyə qədər bağlı olub.
Bu müddət ərzində Vnukovo hava limanında 62 reys təxirə salınıb, daha 39 reys ləğv edilib. Domodedovoda isə 23 gecikmə və səkkiz ləğv qeydə alınıb.
Ən çox fasilə Şeremetyevo hava limanında baş verib, burada 104 uçuş təxirə salınıb, daha 135 uçuş isə ləğv edilib.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri gecə ərzində paytaxta doğru uçan 134 dronu məhv edib.
Oxşar xəbərlər
Ukrayna Silahlı Qüvvələrindəki xarici muzdluların sayı açıqlandı
Ukrayna Silahlı Qüvvələrinin sıralarında olan xarici muzdluların sayı açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Qeyd edilib ki,...