Məşhur futbolçu Rusiya-Ukrayna müharibəsində həlak olub
Kiyevin "Dinamo" klubunun və futbol üzrə Ukrayna milli komandasının keçmiş yarımmüdafiəçisi Roman Maksimyuk Rusiya-Ukrayna müharibəsində həlak olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Qeyd edilib ki, bu barədə futbolçunun həyat yoldaşı Vera özünün "Facebook" səhifəsində bildirib.
Futbolçu bir ildən çoxdur ki, döyüşlərdə itkin düşmüş hesab edilirdi və DNT testi onun ölümünü təsdiqləyib.
Qeyd edilir ki, Roman Maksimyuk 2022-ci ilin payızında Ukrayna Müdafiə Qüvvələrinə qoşulub, bundan əvvəl isə xeyriyyə futbol turnirləri təşkil edərək orduya dəstək olub.
Futbolçu 30 yanvar 2025-ci ildə Pokrovsk istiqamətində döyüş tapşırığını yerinə yetirərkən itkin düşmüşdü.
Roman Maksimyuk, həmçinin "Volın" və "Dnepr" klublarında da oynayıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı
Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatıb. BAKU.WS report-a istinadən xəbər verir ki, xəstəxanaya müraciət ed...