Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı
Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayeva ifadə verib.
Bundan əvvəl Lütvəli Babayev də məhkəmədə sorğu-sual edilmişdi. Bu dəfə isə onun həyat yoldaşı şahid qismində ifadə verib. R.Babayeva hakim qarşısında oğlu Babəlini aldadanlardan şikayətçi olduğunu deyib.
Şahid prosesə sədrlik edən hakim Mahirə Kərimovanın, prokurorun və müdafiə tərəfinin suallarını cavablandırarkən, bəzi hallarda istintaq vaxtı müstəntiqə verdiyi ifadədən fərqli şeylər deyib.
Fotoda Ehtiram Kərimov və Aruz Əliyev
Sabiq icra başçısının xanımı əsasən təqsirləndirilən Ehtiram Kərimovdan şikayətlənib, oğlunun əmlakının ələ keçirilməsində əsas onun rol oynadığını deyib. Digər müttəhim Aruz Əliyevə gəlincə, xanım şahid onu çoxdan tanıdıqlarını, onların ailə həkimi olduğunu deyib. O, oğlunun çox şeyi Aruzla məsləhətləşdiyini, inandığı üçün də əmlakı idarə etmək üçün ona etibarnamə verdiyini əlavə edib. Əmlakın satılmasını isə Babəli sonradan öyrənib.
Prosesin davamında Rübabə Babayeva başqa sualları da cavablandırıb.
Qeyd edək ki, Aruz Əliyev və dostu Ehtiram Kərimov polis tərəfindən aparılan istintaqla həbs ediliblər. A.Əliyev bu hadisəyə qədər "Uniklinika"nın baş həkimi olub. İttihama görə, Babəli Babayevin bir milyon manat vergi borcu olub. Aruzla Ehtiram da vergini ödəməkdənsə, ona ölkədən qaçmağı məsləhət görüblər. Daha sonda onlar Babəlinin Türkiyəyə qaçmasını təşkil ediblər. İcra başçısının oğlu ölkədən çıxdıqdan sonra onlara öz əmlaklarını etibarnamə əsasında idarə etmə hüququ verib. Aruz və Ehtiram isə ev və başqa əmlakı iki milyona sataraq pulunu öz maraqlarına xərcləyiblər.
Oxşar xəbərlər
Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb
Bu günədək Füzuli şəhərinə 3 153 nəfər - 827 ailə qayıdıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat veri...