Bakıda sahibsiz itlər sakinlərə hücum etdi - ANBAAN GÖRÜNTÜ

Bakıda sahibsiz itlər sakinlərə hücum etdi - ANBAAN GÖRÜNTÜ
Video
Hadisə 150

Xətai rayonu Gəncə prospektindəki 97 nömrəli binanın ətrafında sahibsiz küçə itlərinin əlindən hərəkət etmək müşkülə çevrilib.

Sakinlərin BAKU.WS-ə verdiyi məlumata görə, ərazidə sürü halında gəzən itlər səhər və axşam saatlarında yoldan keçən insanlara, ən əsası isə uşaqlara hücum edirlər.

Analoji hadisələrdən biri dünən gecə saatlarında sözügedən ünvanın yaxınlığında baş verib. Küçə itlərinin azyaşlı uşaqların üzərinə hücum çəkməsi sakinlərin böyük təşvişinə səbəb olub.

Ərazidə yaşayanlar bildirirlər ki, bu hal artıq bir dəfəlik hadisə deyil, dəfələrlə təkrar olunan problemə çevrilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər