Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı

Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı
Dünya 33

Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, xəstəxanaya müraciət edənlərin 77-si şagirddir. Qeyd olunur ki, 55 nəfər ambulator müalicə alıb, 33 nəfər isə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalar nəticəsində zərərçəkənlər Kayabağlar rayonunda fəaliyyət göstərən müəssisədən toyuq lavaşlarını istehlak etdiyi müəyyən olunub.

Məlum olub ki, toyuq lavaşlarının bəziləri məktəb yeməkxanasından qablaşdırılıb, digərləri isə birbaşa müəssisədən alınıb. Hadisənin səbəbini müəyyən etmək üçün nümunələr götürülüb və müəssisə sahibi məhkəmə istintaqı çərçivəsində saxlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İstanbulda seldə ölənlərin sayı 5 nəfərə çatdı

İstanbulda seldə ölənlərin sayı 5 nəfərə çatdı

İstanbulda seldə ölənlərin sayı 5 nəfərə çatıb. BAKU.WS xəbər verir ki, təbii fəlakət nəticəsində 4 nəfər itkin düşüb.  Türkiyənin daxili işlər naziri Mustafa Ç...

49 Dünya 09:15 17 oktyabr 2026

Son xəbərlər