Qatardan kimlər pulsuz istifadə edə bilər? - RƏSMİ CAVAB
Dəmir yolu nəqliyyatı sərnişinlər üçün rahat və əlçatan alternativlərdən biri hesab olunur. Lakin səfərlərin qiyməti, xüsusilə müntəzəm olaraq qatarlardan istifadə edənlər, tələbələr və ailələr üçün mühüm məsələlərdən biridir.
BAKU.WS-in məlumatına görə, sərnişinlərin daha sərfəli qiymətlərlə səyahət etməsi, müxtəlif sosial qruplar üçün güzəştlərin tətbiqi və müəyyən kateqoriyadan olan şəxslərin ödənişsiz daşınması məsələsi aktuallığını qoruyur.
Bəs "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu istiqamətdə hansı imkanları nəzərdən keçirir?
Mövzu ilə bağlı QSC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, ADY sərnişin daşımalarının əlçatanlığını təmin etmək məqsədilə müxtəlif kateqoriyadan olan sərnişinlər üçün müəyyən edilmiş tarif və daşınma qaydalarını tətbiq edir:
"Hazırda uşaqlarla səyahət zamanı aşağıdakı güzəştlər nəzərdə tutulur:
5 yaşadək uşaqlar - müəyyən edilmiş daşıma şərtlərinə uyğun olaraq ödənişsiz səyahət edə bilirlər;
5-10 yaş arası uşaqlar - uşaq tarifi əsasında səyahət edirlər.
"Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, 2026-2030-cu illərdə turistlər üçün gündəlik, həftəlik, aylıq dəmir yolu bileti paketlərinin, həmçinin destinasiyalar üzrə güzəştli bilet satışı təkliflərinin yaradılması nəzərdə tutulur. Bununla əlaqədar beynəlxalq təcrübə araşdırılır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurası (MŞ) İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. BAKU.WS xəbər verir ki, səsvermə yolu ilə formalaş...