Ermənistan və Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladılar
Ermənistan baş naziri Nikol Paşinyan və Qırğızıstan Prezidenti Sadır Japarov arasında görüş zamanı 2027-2028-ci illərdə iki ölkənin mədəniyyət günlərinin təşkili barədə razılıq əldə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən məlumat məlumat yayıb.
Danışıqlar zamanı siyasi dialoqun gücləndirilməsi, ticarət-iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsi, eləcə də regional sülh və təhlükəsizlik məsələləri müzakirə edilib.
Müzakirələrin nəticələrindən biri də Ermənistan Ətraf Mühit Nazirliyi və Qırğızıstan Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında Göyçə gölü və İssık-Kul gölünün qorunması sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması olub.
Oxşar xəbərlər
Ronaldo yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Sic Noticias"...