Ronaldo yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub

Ronaldo yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Dünya 33

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo mineral su istehsalına 10 milyon avro sərmayə qoyub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Sic Noticias" nəşri məlumat yayıb.

Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəyə ümumi investisiya həcmi 20 milyon avroya çatıb. Suyun Braqansa şəhərində hasil edilməsi planlaşdırılır.

Zavodun 2027-ci ilin sonuna qədər tikintisinin başa çatması və brendin bazara çıxarılması gözlənilir.

Qeyd edək ki, Kriştiano Ronaldo milli komandada vurduğu qollar və oynadığı matçlar üzrə dünya rekordçusu olaraq qalır, onun hesabında 233 rəsmi matçda 146 qol var. Portuqaliyanın dünya çempionatında ən yaxşı nailiyyəti 2006-cı ildə qazandığı dördüncü yerdir ki, o zaman da Ronaldu milli komandada oynayırdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər