Baba Vanqanın 2026-cı il noyabr proqnozu gündəm oldu: Bəşəriyyət yadplanetlilərlə qarşılaşacaq?
1996-cı ildə dünyasını dəyişən görücü Baba Vanqanın 2026-cı ilin noyabrı ilə bağlı proqnozları yenidən diqqət mərkəzinə düşüb.
BAKU.WS xəbər verir ki, rəsmi və yazılı arxivi olmayan Vanqaya aid edilən proqnozlar arasında noyabrda bəşəriyyətin ilk dəfə yadplanetlilərlə təmasda olacağı iddiası böyük maraq və müzakirələr yaradıb.
İnternetdə və sosial şəbəkələrdə sürətlə yayılan iddialara görə, 2026-cı ilin noyabrında nəhəng bir kosmik gəmi Yer kürəsinin atmosferinə daxil olacaq və bəşəriyyət ilk dəfə kənar sivilizasiya ilə rəsmi kontakt quracaq.
Lakin mütəxəssislər bildirir ki, Baba Vanqanın bu konkret tarixi qeyd etdiyini sübut edən heç bir rəsmi və ya təsdiqlənmiş mənbə yoxdur.
Məşhur öngörənin qardaşı qızı Krasimira Stoyanovanın xatirələrinə əsasən, bu təmas 2026-cı ildə deyil, təxminən 200 il sonra baş verə bilər.
Ortaya çıxan bu ziddiyyətli məlumatlar Vanqaya aid edilən kəhanətlərin illər ötdükcə təhrif olunduğunu, şayiələr vasitəsilə şişirdildiyini bir daha göstərir.
Soail şəbəkələrdə geniş yayılan və Baba Vanqanın adı ilə bağlanan digər qeyri-adi proqnozlar sırasına bunlardır:
2125 və 2130: Kosmosdan ilk siqnallar qəbul ediləcək. 2130-cu ildə isə kənar sivilizasiyaların bilikləri sayəsində su altında yaşayış başlayacaq.
2221: Zamanın sirri açıqlacaq və bəşəriyyətin taleyi köklü şəkildə dəyişəcək.
2371 və 2378: Böyük aclıq dalğasından sonra, 2378-ci ildə tamamilə yeni bir insan növü formalaşacaq.
4302 və 4308: Şəhər infrastrukturları yenilənəcək, bütün xəstəliklərin müalicəsi tapılacaq.
4599: Ölməzliyin formulu tapılacaq və dünya əhalisinin sayı 340 milyarda çatacaq.
Oxşar xəbərlər
Bakıda "The World of Adrenaline" adlı yeni beynəlxalq sirk proqramı başlayır
Bu gündən etibarən Circus Sea Breeze arenasında ilin ən həyəcanlı və ekstremal sirk proqramlarından biri olan "The World of Adrenaline" tamaşaçılara təqdim olun...