Tramp: İranla müharibə bitəndən sonra benzinin qiyməti düşəcək

Tramp: İranla müharibə bitəndən sonra benzinin qiyməti düşəcək
Dünya 22

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çatacağını və bundan sonra benzinin qiymətinin əvvəlkindən də aşağı səviyyəyə enəcəyini bildirib.

BAKU.WS xəbər verir ki, Tramp bu barədə Kentukki ştatında keçirilən seçkiqabağı mitinqdə danışıb.

ABŞ prezidenti İranın nüvə imkanlarına ciddi zərbə vurduqlarını iddia edib. O, müharibənin əsas məqsədinin İranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu vurğulayıb.

Tramp bildirib ki, münaqişə başa çatdıqdan sonra yanacağın qiymətində azalma gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər