İlyas Yalçıntaş barəsində 10 ildən çox həbs cəzası tələb olunur

İlyas Yalçıntaş barəsində 10 ildən çox həbs cəzası tələb olunur
Şou-biznes 11

Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik vasitələrin satışı və ya verilməsi ittihamı ilə ittiham aktı hazırlanıb.

BAKU.WS xəbər verir ki, İstanbulun Bakırköy Prokurorluğunun hazırladığı sənəddə müğənninin azı 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur.

İttiham aktına əsasən, Yalçıntaşın ünvanında aparılan axtarış zamanı marixuana üyütmək üçün iki aparat, həssas tərəzi və içərisində bitki qalıqları olduğu ehtimal edilən banka aşkarlanıb. Onun mobil telefonundakı bəzi yazışmaların da narkotik vasitələrin alqı-satqısı ilə əlaqəli ola biləcəyi bildirilib.

Müğənni isə ifadəsində narkotik istifadə etmədiyini deyib. O, bankadakı maddənin kəklikotu olduğunu, üyütmə aparatlarını dostunun hədiyyə etdiyini, tərəzidən isə idmanla əlaqədar qidalanmasına nəzarət etmək üçün istifadə etdiyini bildirib.

Sənəddə həmçinin Yalçıntaşın qan və saç nümunələrinin analizində THC metabolitinin və kokainin aşkarlandığı qeyd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şouları ilə dünyaya səs salan azərbaycanlı qardaşlar: "Biz hələ də məşq edirik"

Şouları ilə dünyaya səs salan azərbaycanlı qardaşlar: "Biz hələ də məşq edirik"

"50-51 yaşlarındayıq. Xoşumuza gəldiyi üçün bu sənəti seçdik. 13 yaşından bu sənətə gəlmişik. Hazırda Rusiyada yaşayırıq. İlk dəfə olaraq ölkəmizə iş üçün gəlmi...

221 Şou-biznes 11:40 18 oktyabr 2026

Son xəbərlər