"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar
"Şahinlərin Görüşü - 2026" birgə taktiki-uçuş təliminin iştirakçıları Bakıda yerləşən Hərbi Qənimətlər Parkında olublar.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qonaqlara açıq hava muzeyi və parkdakı eksponatlar, o cümlədən tanklar, artilleriya qurğuları və döyüş zamanı qənimət götürülmüş digər ağır silahlar haqqında ətraflı məlumat verilib.
Ziyarətçilər Hərbi Qənimətlər Parkını gəzərək şanlı Zəfər tarixi və Azərbaycan əsgərinin rəşadətini bir daha böyük qürur hissi ilə yad ediblər.
Xatırladaq ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının, aviasiya və hava hücumundan müdafiə vasitələrinin qatıldığı təlimin əsas məqsədi şəxsi heyətin peşəkar hazırlığının artırılması, qarşılıqlı təcrübə mübadiləsini genişləndirilməsi və birgə fəaliyyət imkanlarının təkmilləşdirilməsidir. "Şahinlərin Görüşü - 2026" müştərək taktiki-uçuş təlimi oktyabrın 20-dək davam edəcək.
Qalereya
Oxşar xəbərlər
Güngör Yavuzarslan: "Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir"
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə paylaşdığı təbrik mesajında "qardaşım İlham Əliyev" ifadəsi so...