Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb

Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
Dünya 36

Keniyada Ebola virusuna yoluxma ilə bağlı daha dörd yeni hal təsdiqlənib. Bununla da ölkədə qeydə alınan yoluxma hallarının ümumi sayı yeddiyə yüksəlib.

BAKU.WS xəbər verir ki, Keniyanın Səhiyyə Nazirliyinin baş direktoru Patrik Amot bu barədə paytaxt Nayrobidə açıqlama verib.

Onun sözlərinə görə, yeni yoluxanlar arasında Ebola virusundan ölən ilk xəstənin yaxın qohumu və xəstəxanada ona qulluq edən üç tibb işçisi var.

Ölkədə virusun əhali arasında yayılmasının qarşısını almaq üçün tədbirlər gücləndirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər