Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb
19
okt
2026
12:36
"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qırıb.
Bu barədə BAKU.WS-ə Peşəkar Futbol Liqasından məlumat verilib.
Bölgə təmsilçisinin kapitanı VIII turda "Sabah"la ev matçının son anlarında meydana daxil olaraq mövsümdə ilk dəfə şans qazanıb.
40 yaş 73 günlüyündə meydana çıxan yarımmüdafiəçi çempionatda son 18 mövsümün rekordunu qırıb. A.Məmmədov bu dövrdə meydana çıxan ən yaşlı futbolçu olub.
Xatırladaq ki, qarşılaşma "Sabah"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Koutinyo "Liverpul"dan ayrılmağı karyerasının ən böyük səhvi hesab edir: Klopp ona nə deyib?
"Liverpul"un sabiq yarımmüdafiəçisi Filippe Koutinyo 2018-ci ildə "Barselona"ya keçmək qərarından danışıb. Braziliyalı futbolçu həmin vaxt "qırmızılar"ın baş mə...